VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Ləğv Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. 

Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovun məhkəmədən vaxt istəməklə bağlı verdikləri vəsatətləri təmin olunub. Proses noyabrın 10-a təyin edilib.  Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov növbəti dəfə məhkəmədən vaxt istəyiblər. 

Onlar bildiriblər ki, 60 cilddən ibarət cinayət işi materiallarının 41-i ilə tanış olsalar da, 19 cildi hələ də qalır. Bu səbəblə də onlar vəsatət verərək, məhkəmədən yenidən vaxt istəyiblər. Vəsatət təmin edilib.

Vəkil jurnalsitlərə bildirib ki, Akif Çovdarovun səhhətində hələ də ciddi problemlər var. "Aclıq aksiyası davam etdirir. Proses zamanı Akif Çovdarov bildirib ki, səhhəti ilə bağlı olaraq danışa bilmir: "Vəziyyətim yaxşı deyil, səhhətim imkan vermir ki, cinayət işini oxuyam. Gün ərzində 2 saat ancaq ittiham aktı ilə tanış oluram. Mənim səhhətimlə bağlı normal şərait yaradılmayıb".
Qeyd edək ki, məhkəmə iclası Sabunçu rayon Məhkəməsinin binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədliyi ilə keçirilir və jurnalistlər prosesə buraxılmır. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə və ya israfetmə, quldurluq, hədə-qorxu ilə tələbetmə, qanunsuz silah saxlama, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma, vəzifə saxtakarlığı, bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma maddələri ilə ittiham verilib. Səlim Məmmədov, Akif Əliyevə, Orxan Osmanova da CM-nin müvafiq maddələri ilə ittiham irəli sürülüb. 

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istixanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
 
BAKU.WS