SİZİN REKLAM BURADA!
055 213 76 73


TƏBİB bu gün Bakıda, aeroport yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti barədə məlumat yayıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Qurumdan baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib. Hadisə nəticəsində xəsarət alan 3 nəfər (1 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***14:18

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, qəza aeroport yolunda qeydə alınıb. Yolda "Hyundai" və "Toyota Prius" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

 

BAKU.WS