SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ikimərtəbəli çoxmənzilli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 48m² olan ikiotaqlı mənzilin bir otağı 18m² sahədə yanıb, mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

***13:44

Naxçıvanın Şərur şəhərində mənzildə yanğın olub.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Şərur şəhər, Heydər Əliyev prospekti, bina 47, mənzil 11 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

BAKU.WS
VİDEO

QALEREYA