SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünən saat 02:00 radələrində Sumqayıtdakı "Şəfa" sanatoriyasının yataqxanasında məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün, özəl taksi fəaliyyəti ilə məşğul olan Məqsəd Süleymanov 20 Yanvar küçəsindəki bazarın yaxınlığında naməlum səbəblərdən üzərinə benzin tökərək özünü yandırıb.

BAKU.WS-in Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis İdarəsinin birgə yaydığları məlumata istinadən verdiyi xəbərə əsasən, həmin ərazidə xidmət aparan və hadisəni görən Post Patrul Xidmətinin əməkdaşları dərhal müdaxilə edərək xüsusi cihaz vasitəsi ilə yanğını söndürmüş və təcili yardım çağırıblar.

Məqsəd Süleymanov yanıq xəsarətləri ciddi olduğundan Bakıdakı 5 saylı Xəstəxanaya çatdırılmış, lakin həkimlərin müdaxiləsinə baxmayaraq saat 15 radələrində ölüb.

Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.

 

Faktla bağlı araşdırmalar aparılır.

Ziya Səccad
BAKU.WS