13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Müğənni Nadir Qafarzadə Qəbələyə gedərkən yolda öz musiqilərinə qulaq asaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozub. O, sükan arxasında bütün bunları öz telefonu ilə qeydə alaraq sosial şəbəkədə paylaşıb.
 
Avtosfer.az videoları təqdim edərək bildirir ki, müğənni öz videolarında bir neçə qayda pozuntusuna yol verib.
 
Belə ki, o, ilk növbədə nəqliyyat vasitəsi hərəkətdə olan zamanı telefonu əldə saxlamaqla ondan istifadə edir. Daha sonra isə ötmək qadağandır nişanının təsir sahəsində zolağı dəyişərək iki avtomobili ötür, sürəti çox olduğuna görə sərt döngələrdə zolaqdan çıxaraq lüzumsuz yerə manevr edir və dairəyə yaxınlaşan zaman yerdəki düz xətti kəsərək əks istiqamətə çıxıb yenidən öz zolağına qayıdır.
 
Həmin görüntüləri təqdim edirik:
 
BAKU.WS