SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gecə Bakının Suraxanı rayonunda baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az-ın məlumatına görə, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində yerləşən binanın 9-cu mərtəbəsindən yıxılan 19 yaşlı Sərfinaz Əsgərovanın yaxınları bildirib ki, hadisə paltar sərərkən baş verib. Belə ki, keçən il ailə həyatı qurmuş və bir neçə ay əvvəl ana olan Sərfinaz yuduğu paltarları eyvanın qarşısından çəkilpiş ipə sərərkən başı gicəllənib və yıxılıb. O, hadisə yerindəcə keçinib. 19 yaşlı qızın qan azlığından əziyyət çəkdiyi ehtimal edilir.
 
Qeyde dək ki, hadisə ötən gecə rayonun Yeni Günəşli qəsəbəsi, "AB” yaşayış massivi ev 56, mənzil 27 ünvanında qeydə alınıb. Orada yaşayan 1997-ci il təvəllüdlü Sərfinaz Salman qızı Əsgərova yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb.
 
BAKU.WS