VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən axşam saatlarında millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd olub.

BAKU.WS xəbər verir ki, deputat Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən evinin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib və iki dəfə əməliyyat olunub.

F.Mustafanın qardaşı İlqar Mustafayev "Xəbər Ertəsi"nə hadisənin detallarını açıqlayıb. O deyib ki, cinayət planlı şəkildə həyata keçirilib:

"Hadisə dünən 21:55 radələrində baş verib. Bir və ya iki nəfər, qrup şəklində professional hücum olub. Hasarın arxasında gizlənərək maşın atəşə tutulub. Avtomat silahdan 7 atəş açılıb. Bunların biri çiyin, digəri ayaq nahiyəsindən dəyib.

Cinayəti törədən qaranlıqda aradan çıxıb. Ərazidə kamera olsa da cinayətkar professional olub və hər şeyi nəzərə alıb. Kameranın görünməyən yerində gizləniblər".

BAKU.WS
VİDEO