Azərbaycanda 24 yaşlı gənc dayısı oğlunu bıçaqlayıb

29
mar
2023
08:01
Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.
Rayonun Hacalıkənd kənd sakini, 1999-cu il təvəllüdlü Nemətov Elnur Xəyyam oğlu aralarında baş verən dava zamanı dayısı oğlu Əhmədli Kənan Kamran oğlunu bıçaqlayıb.
Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən Elnur Nemətov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda bacısının toyunu dağıtmaq istədi, atasını güllələdi
Bərdə rayonunda 2000-ci il təvəllüdlü Kənan Fərzəliyev atası Buludu qətlə yetirib. Teleqraf.com-un məlumatına görə, Kənan 29 may 2022-ci ildə saat 13 radələrind...
