Bakıda sərnişin avtobusu zəncirvari qəza törətdi – Yaralılar var - VİDEO - YENİLƏNİB

Bakıda sərnişin avtobusu zəncirvari qəza törətdi – Yaralılar var - VİDEO - YENİLƏNİB
Video
Hadisə 539

Bir qədər əvvəl Yasamal rayonu Şərfizadə küçəsində “Faiqoğlu” MMC-nin istismarında olan 114 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 052 DQN-lı avtobusun iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisə avtobus depoya gedən zaman baş verdiyindən sərnişin olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

22:21

Bakının Yeni Yasamal ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

114 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus bir neçə avtomobilə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.

Son xəbərlər