Bərdədə yol qəzası olub, bir nəfər ölüb - FOTO

24
mar
2023
21:17
Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əyricə kəndində qeydə alınıb.
Rayon sakini İsmayıl Ərşadlı idarə etdiyi “Khazar SD” minik markalı avtomobili ilə hərəkətdə olarkən Yeni Əyricə kənd sakini, 1997-ci il təvəllüdlü İsrayıl Əmirovu vurub. Xəsarət alan İsrayıl Əmirov Bərdə Müalicə və Diaqnostika Mərkəzinə çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Bərdə rayon polis şöbəsində cinayət işi başlanıb. Araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bərdədə sürücü piyadanı vuraraq öldürdü
Bərdə rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. BAKU.WS report-a istinadən xəbər verir ki, martın 22-də 1994-cü il təvəllüdlü İsmayıl Ərşadlı idarə...
