SİZİN REKLAM BURADA!
055 213 76 73


Martın 18-də saat 21:10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

BAKU.WS