SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı metrosunun "Koroğlu" stansiyasında relslərin üzərinə düşərək tunelə doğru hərəkət edən şəxslə bağlı araşdırma aparılır.

BAKU.WS-in lent.az-a istinadən məlumatına görə, polis tərəfindən saxlanılaraq Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə aparılan 22 yaşlı Samir Aslanov barəsində İnzibati Xətalar Məcəlləsinin 306-cı (metropolitendən istifadə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib və o cərimələnib.

Bildirilir ki, Bakı şəhəri Keşlə qəsəbəsində yerləşən zavodda fəhlə işləyən S.Aslanovun son vaxtlar sevdiyi qızla bağlı problemi olub və depressiyaya düşən gənc metronun tunelində gəzərək fikrini dağıtmaq istəyib.
 
BAKU.WS