SİZİN REKLAM BURADA!
055 213 76 73


Məlumat verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb.

FHN Mətbuat xidmətindən verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi, o cümlədən xüsusi təyinatlı avtonərdivanın operativ tətbiqi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 40kv.m olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 7kv.m sahədə, mətbəx mebeli 3p.m, 1 ədəd paltaryuyan və 1 ədəd kondisioner qismən yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

***15.03.2023 08:51

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

BAKU.WS