SİZİN REKLAM BURADA!
055 213 76 73


Xırdalanda 1974-cü il təvəllüdlü Mehriban Hüseynova 1996-ci il təvəllüdlü oğlu Orxan Hüseynzadə tərəfindən qətlə yetirilib.

BAKU.WS xəbər verir ki, hadisə zamanı Orxan Hüseynzadənin atası işdə, bacısı isə Bakıda olub.

Övladının öz anasını öldürməsinin səbəbləri barədə atası "AStar" yutub kanalına danışıb. O bildirib ki, sosial şəbəkədə yazılan kimi övladı hansısa qıza və ya evlilik söhbətinə görə öz valideynini qətlə yetirməyib. O, etiraf edib ki, Orxan Hüseynzadə narkotik maddələr istifadə edirmiş.

Qeyd edək ki, Mehriban Hüseynova Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən musiqi məktəbində pianino müəllimi işləyirmiş.

BAKU.WS
VİDEO