SİZİN REKLAM BURADA!
055 213 76 73


Xırdalanda oğulun anasını istədiyi qızı ona almadığı üçün öldürdüyü iddia olunur.

Hadisə zamanı hadisəni törədən Orxan Hüseynzadənin atası işdə, bacısı isə Bakıda olub.

Qeyd edək ki, oğlu tərəfindən qətlə yetirilən 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadə Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən məktəblərin birində müəllim işləyirmiş.

Daha ətraflı Baku TV-nin süjetində:

***09:02

Fevralın 19- da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində evlərin birində 1974- cü il təvəllüdlü Mehriban Hüseynzadənın xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

BAKU.WS