SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedib.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin Kahramanmaraş şəhərində qaldığı ərazidə olub.

Daha sonra E.Mirzəyev təbii fəlakət zamanı dağıntılar olan zonaya baş çəkib.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in hazırda 725 nəfərlik heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində aparılan əməliyyatlara cəlb edilib.

BAKU.WS