SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə dağıntılar altında qalanların xilasetmə işləri davam edir.

BAKU.WS xəbər verir ki, uçqun altından daha bir körpə xilas edilib. Yağız Ulaş adlı 10 günlük körpə 90 saat sonra dağıntılar altından çıxarılıb. 

O, zəlzələnin ən çox baş verdiyi Hatay şəhərinin Samandağ bölgəsindəki dağılan binaların birində tapılıb. Körpə anası ilə birlikdə xilas edilib. 

BAKU.WS