Bakıda doqquz mərtəbəli binada baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Bakıda doqquz mərtəbəli binada baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Video
Hadisə 725

Bakıda doqquz mərtəbəli binanın doqquzuncu mərtəbəsində baş verən yanğın söndürülüb.

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, Qara Qarayev prospekti 106 ünvanında 5 KV metr sahədə ev əşyaları yanıb. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə FHN qüvvələri tərəfindən söndürülüb.

***11:25

Bakıda doqquz mərtəbəli binanın doqquzuncu mərtəbəsi yanır.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilir ki, yanğın Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında baş verib. Hazırda əraziyə 3 yanğınsöndürən maşın cəlb edilib. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Son xəbərlər