13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Ötən gün Türkiyəyə məxsus üç hərbi təyyarə Ermənistanın hava məkanına daxil olub.

BAKU.WS azvision.az-a istinadən bildirir ki, qırıcılar Ermənistan - Türkiyə sərhədi boyu bir neçə uçuş həyata keçirib.

Hadisə ötən gün yerli vaxtla saat 21:00-da baş verib. 

Bu olay İrəvanda panikaya səbəb olub. Ermənistan Hava Hücumundan Müdafiə Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. 

Ermənistan Müdafiə Nazirliyi hələlik baş vermiş insidenti şərh etmir. Türkiyə tərəfi də bununla bağlı açıqlama verməyib.