SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün sosial şəbəkədə müəllimin şagirdlərini məscidə ziyarətə aparması ilə bağlı görüntülər yayılmışdı.

Daxili işlər nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, tədbir zamanı azyaşlıların məscidə həmçinin Corat qəsəbəsində yerləşən digər qədim tarixi abidələrə ekskursiyası təşkil olunub:

"Tədbir dini ritual xarakteri daşımayıb".

***2023-02-06 18:54

Azərbaycanda müəllim şagirdlərini məscidə ziyarətə aparıb.

BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Məlumata görə, Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin müəlliməsi Röya Ağayeva məktəbəqədər hazırlıq qrupunu Corata qəsəbəsinə ekskursiyaya aparıb. Gəzinti zamanı uşaqların məscidə ziyarəti səs-küyə səbəb olub.

Paylaşılan görüntülər sosial şəbəkədə böyük rezonans doğurub.

"Dini etiqad azadlığı haqqında" qanuna əsasən valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

Bu Qanunun 21-ci maddəsinin dördüncü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.

Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır

Daxili işlər nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, araşdırma aparılır. Əlavə məlumat veriləcək.

BAKU.WS
QALEREYA