SİZİN REKLAM BURADA!
055 213 76 73


Gədəbəydə atanın övladlarına bıçaqla xəsarət yetirməsinin təfərrüatları məlum olub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, kənd sakini 1985-ci il təvəllüdlü Yaşar Mustafayev sərxoş vəziyyətdə həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlhamə Mustafayeva ilə mübahisə edib.

Mübahisədən sonra sərxoş kişi həyat yoldaşını bıçaqlamaq istəyib. Bu zaman onları sakitləşdirmək istəyən yeniyetmə övladlarına bıçaq xəsarəti yetirib.

Faktla bağlı araşdırma aparılır.

***20:33

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS oxu.az-a isinadla xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. 2007-ci il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh Mustafayev əllərinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara dərhal yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, qardaşlar ataları Yaşar Mustafayev tərəfindən bıçaqlanıblar. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS