SİZİN REKLAM BURADA!
055 213 76 73


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.

Bu BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, son iki gün ərzində keçirilən tədbirlər zamanı rayon sakinləri - Mətləb Alıyev, Vüsal Mahmudov, Aydın Teymurov və Əlisahab Əlizadədən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri götürülüb. Həmin şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Son 1 ay ərzində rayon polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində isə vətəndaşlardan qanunsuz olaraq saxladıqları 20 tüfəng aşkar edilərək götürülüb.

BAKU.WS