DSX Xəzər dənizində 12 kq-dan artıq narkotik aşkarlayıb - FOTO

03
fev
2023
12:22
Fevral ayının 1-də saat 15:05-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Astara reydində, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən 11.4 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış 2 ədəd kisə aşkar edilib.
Bu barədə BAKU.WS-ə DSX-in mətbuat xidmətindən bildirilib.
Kisələrə baxış zamanı ümumi çəkisi 12 kiloqram 60 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, son günl...
