SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumun görüntüləri ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, video sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə Yasin Hüseynzadə adlı orta yaşlı kişinin içəri daxil olduğu, daha sonra mühafizə xidmətinin otağında silahını çıxararaq atəş açdığı görünür. Daha sonra hücum edən şəxs içəridəki digər səfirlik əməkdaşı tərəfindən zərərsizlədirilib. 

Qeyd edək ki, bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər isə yaralanıb.

BAKU.WS
VİDEO