SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda unlu məmulatların istehsalı müəssisəsində nöqsanlar aşkarlayıb.

Bu barədə BAKU.WS-ə AQTA-dan məlumat verilib.

Belə ki, agentlik əməkdaşları Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küç., ev 82 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bayramova Raifə Sayad qızına məxsus unlu məmulatların istehsalı müəssisəsində aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edib.

Müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, əllərin, qida məhsullarının və istifadə edilən alətlərin yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, pəncərələrin həşəratlara qarşı qoruyucu tor örtüklə təmin edilmədiyi, ağzı kip tullantı qablarının mövcud olmadığı, divarların hamar, asan yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, sanitar qovşağın birbaşa qida məhsullarının emal olunduğu sahəyə açıldığı, işçi heyətin mütəmadi olaraq tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi aşkarlanıb.

Aşkar olunmuş pozuntularla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

BAKU.WS
QALEREYA