SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1992-ci il təvəllüdlü Cəfərov Sədi Sahib oğlu dalğıclar tərəfindən xilas edilib.

BAKU.WS
VİDEO

QALEREYA