Bakı-Qazax yolunda sərnişin avtobusu yük maşını ilə toqquşdu - FOTO

Bakı-Qazax yolunda sərnişin avtobusu yük maşını ilə toqquşdu - FOTO
Foto
Hadisə 190

Bu gün Bakı-Qazax yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var.

Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Hadisə saat 17:30 radələrində Bakı-Qazax yolununun 114-cü km-də hadisəsi qeydə alınıb.

Belə ki, “Mercedes Benz” markalı 90-BL-403 dövlət nömrə nişanlı sərnişin avtobusu Bakı istiqamətinə hərəkət edərkən köməkçi yoldan əsas yola çıxan 10-ZH-449 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub

Hadisə nəticəsində bir nəfər sərnişin yüngül xəsarət alıb. Ölən və ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə yerinə dərhal DYP əməkdaşları cəlb edilib.

Həmin yolda nəqliyyatın hərəkəti tənzimlənib.

Son xəbərlər