Azərbaycanda sevgilisindən ayrılan tələbə qız özünü bıçaqladı

05
dek
2022
12:44
Lənkəranda intihara cəhd olub.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə ötən gün Lənkəran şəhərində qeydə alınıb.
Lənkəran Dövlət Universitetinin tələbəsi, Hacıqabul rayon sakini, 17 yaşlı R.Ə. kirayədə qaldığı evdə özünü bıçaqlayıb.
Qarın nahiyəsindən bıçaq xəsarətləri alan tələbə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
İlkin məlumata görə, tələbə qız sevgilisindən ayrıldığı üçün özünü öldürmək istəyib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Əli bıçaqlı arvadı ilə yataq otağına girdi: "Yalvarışıma baxmadı..." - Bakıda CİNAYƏT
Bakının Sabunçu rayonunda 1977-ci il təvəllüdlü Abbas qısqanclıq zəminində arvadı Fərqanəni öldürməyə cəhd edib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir k...
