SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Qaradağ rayonunda yol qəzası dəmiryolunda qatarların hərəkətinin dayanmasına səbəb olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

Rüstəmov Sahib Ədalət oğlu 99-PN-373 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə körpüdə hərəkətdə olarkən sükana nəzarəti itirib.

Bundan sonra 26 yaşlı sürücü maşını körpüdən aşırıb.

Nəqliyyat vasitəsi əvvəlcə dəmiryolundakı yüksəkgərginlikli hava xəttinə dəyib. Daha sonra avtomobil istinad divarına çırpılıb.

Həmin vaxt ərazidə xidmət aparan Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları sürücünü avtomobildən çıxarıb.

Sürücü xilas olunandan sonra avtomobil alovlanmağa başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğında Mühafizə Xidmətinin Qaradağ və Binəqədi rayonundan olan üç texnikası və canlı briqadası cəlb edilib.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, qəza zamanı xəsarət alan sürücünün vəziyyəti qənaətbəxşdir.

Baş vermiş hadisə ilə əlaqədar Bakı-Qazax-Ağstafa marşurutunda qatarların hərəkəti dayandırılıb.

Hazırda dəmiryolu idarəsinin əməkdaşları təmir-bərpa işlər aparır.

BAKU.WS
QALEREYA