SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Surra kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in xəbərinə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Sabirabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilinin arxa təkərlərində baş vermiş yanğın qısa müddətdə söndürülərək alovun nəqliyyat vasitəsinin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin 4 ədəd arxa təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

BAKU.WS
VİDEO

QALEREYA