Evli kişi sevgilisindən polisə şikayət etdi

Bakıda polisə müraciət edən kişi sevgilisi tərəfindən şantaj edildiyini bildirib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən 43 yaşlı Mənsim Həsənov (ad və soyadlar şərtidir) qeyri-rəsmi nikah münasibətində yaşadığı Əfsun adlı qadının ondan hədə-qorxu yolu ilə pul aldığını deyib.
O bildirib ki, sevgilisi onunla münasibəti barəsində ailəsinə və digər şəxslərə bildirəcəyi və ailəsini dağıdacağı hədəsi ilə ondan pul tələb edib. Qadın sevgilisindən bu yolla Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzində 700 manat pul alıb.
Müraciətlə bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Bakıda evli qadının gizli sevgisi, intim görüşlər, şok ölüm - VİDEO
Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Rəşad Süleymanov və qohumu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb...
