Azərbaycanda baş redaktor faciəli şəkildə öldü - FOTO

26
noy
2022
19:18
Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan baş redaktor vəfat edib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, "Göyçay" qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlu həkimlərin səyinə baxmayaraq, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, noyabrın 20-də Abdulla Əliyevin idarə etdiyi “Lada” markalı minik avtomobili yük maşını ilə toqquşub.
Qəza nəticəsində Abdulla Əliyev ağır, avtomobildə olan ailə üzvləri isə yüngül dərəcəli bədən xəsarətləri alıblar.

Oxşar xəbərlər
Azərbaycanda baş redaktor ailəsi ilə birgə qəzaya düşdü - FOTO
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 209-cu kilometrində B...
