İsmayıllıda at və uzunqulaq əti satılır? - VİDEO

Sosial şəbəkələrdə İsmayıllı rayonunun “Tingçilik” adlanan ərazisində at və uzunqulaq cəsədlərinin qalıqlarının olması ilə bağlı görüntülər yayılıb.
İddia olunur ki, həmin heyvanların ətləri rayonda mal əti adı ilə insanlara satılır.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, İsmayıllı Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının rayon ərazisində qanunsuz ət kəsiminə qarşı birgə keçirdikləri tədbirlər nəticəsində son aylarda üç fakt aşkarlanıb:
“Həmin əməli törədən şəxslər məsuliyyətə cəlb olunublar, hazırda polis şöbəsinin təhqiqat və istintaq bölməsində müvafiq araşdırmalar davam etdirilir”.
O qeyd edib ki, hazırda rayonda yararsız ət satılması ilə bağlı iddialar isə keçirilən monitorinqlər zamanı öz təsdiqini tapmayıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
