SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın Tula şəhər polisinin keçirdiyi əməliyyat zamanı 2 qanuni oğru saxlanılıb.

BAKU.WS lent.az-a istinadən bildirir ki, saxlanılan şəxslər Lyoşa Tulski və Roman Barindir. Xəbərdə bildirilir ki, onlar bir qədər əvvəl İstanbulda qətlə yetirilmiş azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskiyə yaxın şəxslərdir.
 
L.Tulski R.Lənkəranski tərəfindən Tula bazarına nəzarətçi ("smotryaşiy") təyin edilmişdi. Saxlanılan şəxslərin üzərindən 2 ədəd tapança və narkotik vasitə aşkar edilib. 
 
BAKU.WS