SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Toy karvanının qarşısını kəsib pul almaq istəyən sürücü, qəzaya səbəb olub.
 
Hadisə Türkiyədə baş verib. Avtosfer.az "hurriyet"-ə istinadən xəbər verir ki, Yaqub adlı 19 yaşlı gənc anidən toy karvanının qarşısını kəsərək pul almaq istəyib, sol tərəfdən gələn motosiklet sürücüsü avtomobilə çırpılıb və havada uçaraq yerə çırpılıb.
 
Qəza zamanı motosikletin sürücüsü yaralanıb. Yaralanan sürücü, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatırılıb. Sürücünün həyatı təhlükəsinin olduğu bildirilir. Qəzaya səbəb olan avtomobil sürücüsü tutularaq polis bölməsinə aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS