SİZİN REKLAM BURADA!
055 213 76 73



 

Bakının Səbail rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza "Azneft" dairəsində qeydə alınıb.
 
Dairədən Niyazi küçəsi istiqamətində hərəkət edən "Honda" markalı avtomobil Neftçilər prospekti ilə hərəkətdə olan VAZ-2104 markalı avtomobilə çırpılıb. Qəza nəticəsində VAZ-2104-ün sürücüsü Nazim Zülfüqarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Hadisə yerində yol polisi əməkdaşları olublar, müayinələr aparılıb. İlkin ehtimala görə, "Honda" markalı avtomobilin sürücüsü dairəvi hərəkət qaydalarını pozub və nəticədə qəzaya səbəb olub. Qaydanı pozan sürücü sərxoşluğun müəyyən edilməsi məqsədilə tibbi müayinəyə aparılıb. Faktla bağlı araşdırmalar davam etidirilir.
 
Qeyd edək ki, "Honda" Bakıda fəaliyyət göstərən Türkiyə şirkətlərindən birinə məxsusdur. Avtomobilin sürücüsü və sərnişinləri Türkiyə vətəndaşları olublar. Xarici ölkə vətəndaşları arasında xəsarət alan olmayıb.