VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvarda ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunlar "BMW" markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Şahin Möhbü oğlu Fətullayev və avtomobildə sərnişin qismində olan 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Bəymirzə Yəhya oğlu Mərdanovdur.

Yaralılar isə Biləsuvar rayon Mərkəzi xəstəxanasında müalicələrini davam etdirirlər.

***10:47

Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində iki nəfər ölüb, 10-dan çox şəxs yaralanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hazırda yaralı şəxslər müayinə olunurlar.

Faktla bağlı araşdırma aparılır.

***09:43

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

BAKU.WS
QALEREYA