Tanınmış gitara ifaçısı, Xalq artisti Rəmişin (Rafiq Hüseynov) meymunu ölüb. 

BAKU.WS AzNews.az-a istinadən xəbər verir ki, bu barədə o, ATV telekanalının "Maqazin onlarla” verilişində qonaq olarkən deyib. 

Sənətkar bildirib ki, meymunun 31 yaşı olub: "Meymunum vardı, ona qızıl diş saldırmışdım. 31 yaşı vardı, adı Elyadır. Bir danışa bilmirdi. Musiqiyə qulaq asırdı, adama qəfil sillə də vura bilirdi. Bülbülədə basdırmışıq, baş daşı da qoydurmuşuq. Allah qoysa yeni meymun alacam”.
 
BAKU.WS