Pişiyə işgəncə verən şəxs məsuliyyətə cəlb edildi - YENİLƏNİB - VİDEO

Pişiklə rəhmsiz davranan şəxslə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb.
BAKU.WS-in məlumatına görə, DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev oxu.az-a bildirib ki, görüntülərdə əks olunan şəxs Səbail RPİ 9-cu polis bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsinə görə heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir.
***11:05
Ötən gün sosial şəbəkələrdə pişiyə işgəncə verən şəxsin görüntüləri yayılıb. Şəxs pişiyi maşının arasında sıxaraq təpikləyib.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi oxu.az-ın sorğusunu cavablandırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlum videodan xəbərdar olduqlarını deyib:
“Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır”.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
