SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda şadlıq sarayında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai rayonu Babək prospektində yerləşən “Şahzadə” şadlıq sarayında keçirilən toyda qonaq olan 1964-cü il təvəllüdlü Behbud Ələkbərov ehtiyatsızlıqdan pilləkəndən yıxılıb.

Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS