Bakıda dörd yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq ölüb

02
okt
2022
09:54
Bakının Nizami rayonunda ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılan 4 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, 2018-ci il təvəllüdlü azyaşlı yaşadığı mənzilin eyvanından yıxılıb.
Ağır xəsarətlər alan uşaq təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
2 yaşlı körpə binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb
Abşeron rayonunda 2 yaşlı körpə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə...
