Goranboyda avtomobil maneəyə çırpılıb, ata və oğlu xəsarət alıb

Goranboyda avtomobil maneəyə çırpılıb, ata və oğlu xəsarət alıb
Hadisə 34

Goranboy rayonunun Ağcakənd qəsəbəsində minik avtomobili idarəetməni itirərək maneəyə çırpılıb, ata və oğlu xəsarət alıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü M.Mustafayev və onun oğlu, 1988-ci il təvəllüdlü A.Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər