SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyi Bakıda küçədə gecələyən uşaqlarla bağlı açıqlama verib.

BAKU.WS xəbər verir ki, qurumdan oxu.az-a verilən məlumata görə, uşaqlar polis əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində tapılıb.

Qeyd edilib ki, hazırda onların aidiyyəti üzrə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

***10:18

Bakıda iki qardaş küçədə gecələyib.

BAKU.WS xəbər verir ki, bu barədə müğənni Emma Ələkbərzadə feysbuk səhifəsində paylaşım edib.

O qeyd edib ki, Bakının Nəsimi rayonu ərazisində yerləşən Nəsimi heykəlinin arxasında iki qardaş gecəni küçədə keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən isə Report-un sorğusuna cavab olaraq qeyd olunub ki, qurumun əməkdaşları əraziyə yönləndirilib və məsələ araşdırılacaq.

BAKU.WS
VİDEO