SİZİN REKLAM BURADA!
055 213 76 73


Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.

***20:16

Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

***16:59

Məlumat verildiyi kimi, Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verib və yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə olaraq Nazirliyin Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Əlavə məlumat veriləcək.

*** 16:15

Sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Havanın küləkli olması və relyefin mürəkkəbliyi yanğınla mübarizə işlərini çətinləşdirsə də hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

BAKU.WS