055 213 76 73
Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS-in məlumatına görə, hadisə barədə APA məlumat yayıb. Yayılan məlumata görə, Şirvan şəhər sakini, 1979-cu il təvəllüdlü Rəşad Seyidzadə oğlu Abbasovun idarə etdiyi "Qaz-3110” markalı avtomobil kanala aşıb.
Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, dünyasını dəyişən Rəşad Abbasov 2010-cu ildə boks üzrə Azərbaycan çempionu olub.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS