Bakıda dəhşətli "Prius" qəzasında həlak olan şəxslərlə bağlı DETALLAR - Ər-arvad... - FOTO/VİDEO

Bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınan dəhşətli qəzada ölən şəxslərin kimliyi müəyyən olunub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə zamanı dünyasını dəyişən gənc qadın kosmetoloq Məmmədova Mahirə Mahir qızıdır. Klinikanın direktoru Natavan Babayevanın BAKU.WS-ə verdiyi məlumata görə, vəfat edən xanım onun işçisi olub.
Mahirə Məmmədova paytaxtın estetik klinikalarının birində çalışırmış və qəza baş verən gün də işə getdiyi ehtimal olunur.
Avtomobili idarə edən şəxs gənc xanımın həyat yoldaşı Nəbiyev Anar Eldar oğludur.
Cütlüyün azyaşlı iki övladı qalıb.
Qeyd edək ki, hadisə zamanı yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil su daşıyan “KamAZ”a çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini hadisə yerində keçinib.
Qalereya
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...
