SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sürücünün idarəetməni itirməsi nəticəsində 90 VX 672 dövlət nömrə nişanlı "Hyundai" markalı mikroavtobus dərəyə aşıb.

BAKU.WS Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İsmayıllı Muğanlı yolunda olub.

Qəza nəticəsində 2 nəfər həyatını itirib, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtobusdakıların hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələdən Bakıya qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS