SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, Naxçıvan-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı saxlanılaraq onun əl yükünə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, malların yoxlanılması zamanı vətəndaşa məxsus dörd ədəd sellofan paketdən Azərbaycanın aksiz markası ilə markalanmayan 10.000 ədəd "Kent Nanotek” və 4000 ədəd "Marlboro Edge” markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
 
Şahin Həbibov
BAKU.WS