SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Moskvada iki gecə klubunun mühafizəçiləri arasında ölümcül dava olub.
 
BAKU.WS-in məlumatına görə, gecə klubunun mühafizəçiləri arasında ilk əvvəl mübahisə yaranıb. Sonradan mübahisə edənlərdən biri digərini vurub.
 
Məhz bundan sonra dava başlayıb. Davada təxminən 20 insan iştirak edib. Müşahidə kamerasına düşən görüntülərdən dava zamanı gənc oğlanın bıçaqlandığı əks olunub. 
 
Videodan görünür ki, həlak olmuş Mixail D. əvvəlcə rəqiblərindən birini döyür, sonra onu boğmağa başlayır. Bu anda arxadan yaxınlaşan kişi onun boynuna zərbə endirir. Daha sonra o huşsuz vəziyyətdə yerə yıxılır. Küçədə həmin anda dava davam edir və dava iştirakçılarından biri qayıdır, ağacla qan içində olan kişini döyməyə başlayır. 

Qeyd edək ki, davanın bütün iştirakçıları peşəkar idmançılar olub. Aralarında peşəkar boksçular olan şəxslər polis tərəfindən axtarılır.
 
 
Şahin Həbibov
BAKU.WS