16 yaşlı gəlinin ölümü ilə bağlı ŞOK FAKTLAR - Fatimənin ağzından köpük gəldi... - VİDEO

16 yaşlı gəlinin ölümü ilə bağlı ŞOK FAKTLAR - Fatimənin ağzından köpük gəldi... - VİDEO
Video
Hadisə 4548

Yanvarın 29-u səhər saatlarında Masallının Həsənli kənd sakini, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın öldürülməsi haqda yeni məlumatlar üzə çıxıb.

BAKU.WS Xəzər Tv-yə istinadən xəbər verir ki, Fatimə Qəmbərova həyat yoldaşı İman Məmmədov, qayınata, qaynana və 5 yaşlı baldızı ilə bir evdə qalırmış.

Qonşuları deyib ki, yanvarın 10-da toyları olub. Onların ailəsində mübahisələr baş verməyib.

Ailə yaxınlarından aldığımız ilkin məlumatlara görə, hadisənin baş verdiyi günün səhəri, saat 8 radələrində ailə üzvləri ilə birgə evdən çıxan Fatimə qayınanasını Bakıya yola salıb, qayınata da işə gedib.

Fatimə, İman və 5 yaşlı baldızı yenidən evə qayıdıb və güman olunur ki, yatıblar. Saat 10:30-da yuxudan duran İman Fatimənin ağzından köpük gəldiyini görüb və aidiyyəti üzrə məlumat verib. Mərhumun ölümünə səbəb kimi səhhətində olan problem göstərilib. Ancaq gəlinin qohumları bunları təkzib edib.

Lakin məhkəmə-tibbi ekspertin iştirakı ilə Fatimə Qəmbərovanın meyitinə baxış zamanı mərhumun boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib. Mərhumun ölümünə səbəb boynunun sıxılması nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub.

Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Məlum olub ki, Fatimə Qəmbərovanı 2 həftə əvvəl evləndiyi 19 yaşlı Xoşçobanlı kənd sakini İman Məmmədov yaşadıqları evdə yaranmış mübahisə zamanı əlləri ilə boğub. O, sonradan bunu etiraf edib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam edir. Artıq İman Məmmədov haqqında həbs qətimkan tədbiri seçilib.

“Xezerxeber”in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Son xəbərlər